AZ

Şöhrət Zalında daha iki isim

İngiltərə Premyer-Liqasının Şöhrət Zalına daha iki isim daxil edilib.

“Football-plus.az” xəbər verir ki, “Çelsi”nin keçmiş müdafiəçisi Con Terri ilə sabiq “Mançester Yunayted”li hücumçu Endi Koul belə şərəfə layiq biliniblər.

Yerli mənbələrin məlumatına görə, sabiq futbolçular Şöhrət Zalına yerli çempionatdakı uzunmüddətli və uğurlu çıxışı sayəsində daxil ediliblər. Qeyd edək ki, bu zala üzvlük İngiltərə çempionatının yüksək liqasında çıxış edən keçmiş oyunçularına verilən ən yüksək fərdi mükafat hesab olunur. Yeri gəlmişkən, 2024-cü ildə Şöhrət Zalına daxil olan ilk oyunçu “Arsenal”ın və “Çelsi”nin sabiq müdafiəçisi Eşli Kouldu. Terri paytaxt klubunda 1998-2017-ci illərdə oynayıb. Daha çox MY-dəki (1995-2001) oyunu ilə tanınan Endi Koulun isə “Mançester Siti”, “Nyukasl”, “Blekbern” və İngiltərənin bir sıra digər komandalarında çıxış etdiyini də xatırladaq.

Seçilən
28
Mənbələr
Şərh ()
Bağla