AZ

Qriliş ilə bağlı qərar verildi

Cek Qrilişin “Mançester Siti” karyerası çox sürməyəcək.

“Football-plus.az” xəbər verir ki, son xəbərlərdə onun bu klubdan ayrılmaq ehtimalının yüksək olduğu vurğulanır.

Böyük Britaniya mətbuatının məlumatında cinah oyunçusunun cari mövsümün sonunda klubunu dəyişəcəyi qeyd edilir. İddiaya görə, baş məşqçi Xosep Qvardiola artıq 28 yaşlı yarımmüdafiəçini komandada görmək istəmir. Buna səbəbdən rəhbərliyin yay “transfer pəncərəsi” zamanı Qrilişi satışa çıxaracağı bildirilir.

Cek MS-də 2021-ci ilin avqustundan oynayır. O, indiyədək komandada 122 oyun keçirib, 14 qol vurub və 18 məhsuldar ötürmə verib. İngiltərəli futbolçunun müqaviləsinin müddəti 2026/27 mövsümünün sonuna qədərdi.

Seçilən
35
Mənbələr
Şərh ()
Bağla