AZ

"M. Y."nin keçmiş futbolçusu təcili xəstəxanaya yerləşdirildi

"Mançester Yunayted"in və Argentina millisinin sabiq hücumçusu Karlos Teves döş qəfəsindəki ağrılar səbəbindən xəstəxanaya yerləşdirilib.

BAKU.WS-in xəbərinə görə, bu barədə ESPN məlumat yayıb.

Mənbənin məlumatına görə, 40 yaşlı Teves hazırda Buenos-Ayresdəki xəstəxanalardan birindədir.

Həkimlərə müraciət etdikdən sonra gecəni klinikada keçirib.

Qeyd edək ki, Teves futbolçu kariyerasında "Boka Xuniors", "Korintians", "Vest Hem", "Mançester Siti" "Yuventus", və "Mançester Yunayted" klublarında  çıxış edib.

Argentina millisinin tərkibində forvard 2004-cü il Olimpiya Oyunlarında qızıl medal qazanıb.

Tevez 2023-cü ilin avqust ayından "İndependiente"nin baş məşqçisidir və bu yaxınlarda klubla 2026-cı ilə qədər olan üç illik yeni müqavilə imzalayıb.

Seçilən
50
Mənbələr
Şərh ()
Bağla