AZ

8 Noyabr prospektindəki təmir işləri sürücülərə kütləvi ziyan vurur - VİDEO

Bakıda sürücülərə kütləvi şəkildə ziyan dəyir. Bu barədə sürücülərdən biri qeydə aldığı videonu sosial şəbəkədə paylaşıb. Avtosfer.az xəbər verir ki, paytaxtın 8 Noyabr prospektində təmir işləri ilə əlaqədər yolu qazıblar. Lakin hər hansısa bir xəbərdarlıq nişanı quraşdırılmayıb. Günün qaranlıq saatlarında hərəkət edən sürücülər həmin çuxura düşərək maddi ziyanla üzləşirlər. Videonu qeydə alan sürücünün avtomobilinə də ziyan dəyib. Zərbənin təsirindən təkərlərdə şiş əmələ gəlib, dikləri isə əyilib.

Sözügedən videonu təqdim edirik:

 

Leyla

Seçilən
55
Mənbələr
Şərh ()
Bağla