AZ

İpoteka krediti ilə bağlı hansı dəyişikliklər var? - MÜNASİBƏT BİLDİRİLDİ

""Konstitusiya Məhkəməsinin Mülki Məcəllənin 269, 317.1, 319.1 və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddələrinin şərhi ilə bağlı" Qərarına əsasən, Mülki Məcəlləyə uyğun olaraq, borclunun ölümündən sonra mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar". Bu sözləri SİA-ya açıqlamasında hüquqşünas Xanlar Sətullayev deyib.

O bildirib ki, ölən şəxsin mirasını qəbul edən şəxs vərəsə sayılır: "Qanuna görə də vəfat edən şəxsin vərəsəsi qəbul etdiyi mirasın dəyəri həddində borc öhdəliyini götürməlidir.

Mülki Məcəllə və "İpoteka haqqında" qanuna uyğun olaraq, əsas öhdəlik üzrə borclu, o cümlədən əsas borclunun ölümü halında vərəsələr öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə (əsas öhdəlik pozulduqda) kreditor ipoteka predmetinə tutmanın yönəldilməsi barədə iddia qaldıra bilər".

Müəllif: Söylü Ağazadə
Seçilən
27
Mənbələr
Şərh ()
Bağla