AZ

İranda məşhur reper edam cəzasına məhkum edilib

İran hakimiyyəti məşhur reper Tomaj Salehi edam cəzasına məhkum edib.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə xəbəri çərşənbə günü Reuters agentliyiyayıb.

Salehinin cəzası onun 2022-2023-cü illərdə kütləvi etiraz aksiyalarında iştirakı ilə bağlıdır.

Belə ki, sənətçi mahnıları və ictimai açıqlamaları ilə etirazçılara dəstək olub.

Salehi 2022-ci ilin oktyabrında həbs edilib. 2023-cü ildə İranın Ali Məhkəməsi ona 6 il 3 ay həbs cəzası verib.

Lakin İsfahan şəhər məhkəməsi Ali Məhkəmənin qərarına yenidən baxaraq reperə ölüm hökmü çıxarıb.

Salehinin vəkili Əmir Rəisyan şəhər məhkəməsinin davranışını “haqsızlıq”adlandırıb və müvəkkilinin hökmdən apellyasiya şikayəti verəcəyini bildirib.

Nazlı

Seçilən
22
18
Mənbələr
Şərh ()
Bağla