Bakı, 24 aprel, AZƏRTAC
Bərdə Peşə Liseyində rayonda fəaliyyət göstərən 61 ümumi təhsil müəssisəsinin rəhbərləri üçün infotur təşkil edilib.
Bu barədə AZƏRTAC-a Peşə Təhsili üzrə Dövlət Agentliyindən məlumat verilib. Bildirilib ki, liseyin maddi-texniki bazası ilə tanış olan qonaqlara liseydə tədris olunan ixtisaslar haqqında ətraflı məlumat verilib, həmçinin peşə təhsilinin perspektivləri və qarşıya qoyulan hədəflərdən danışılıb.