AZ

Mourinyo MY ilə Avropa Liqasını qazanmasının sirrini açdı

Portuqal mütəxəssis Joze Mourinyo “Mançester Yunayted”in baş məşqçisi ikən Avropa Liqasının qalibi olmasından danışıb.

Arena.az “The Telegraph” dərgisinə istinadən, portuqal mütəxəssisin bu barədə fikirlərini təqdim edir:

“Avropa Liqasının finalında Serxio Romerodan Maruan Fellayniyə uzun toplar hesabına qalib gəldim. “Ayaks” təpki göstərirdi, çox təzyiq etdi, amma bu, kifayət etmədi. Hər şey sadədir. Topu Fellayninin sinəsinə verin. Bunun üzərindən oynayın və siz 2:0-a sahibsiniz. Sonra kuboku sadəcə evinizə gətirin və üçüncü qənimət cibinizdədir”, deyə “Mour” bildirib.

Xatırladaq ki, 2016/2017 mövsümünün Avropa Liqasının finalında “Mançester Yunayted” Niderland nəhəngi Amsterdam “Ayaks”ını 2:0 hesabı ilə məğlub etmişdi. Həmin oyunda qolları erməni yarımmüdafiəçi Henrix Mxitaryan və fransalı yarımmüdafiəçi Pol Poqba vurmuşdular. Joze Mourinyonun izah etdiyi uzun hava ötürmələrində açar oyunçu olan Maruan Fellayni isə 194 sm-lik hündür boyu ilə yuxarı mərtəbədə keyfiyyətli oyunu ilə səciyyəvi idi.

Seçilən
42
Mənbələr
Şərh ()
Bağla