AZ

Yeltsinlə bağlı müəmmalı CAVAB

“Rusiyanın ilk prezidenti Boris Yeltsinin ölkənin formalaşmasında rolunu qiymətləndirmək çətindir”.

News24.az konkret.az-a istinadla xəbər verir ki, bunu jurnalistlərlə söhbəti zamanı Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

“Qısaca qiymətləndirmək mümkün deyil. Bir şeyi demək olar ki, müasir Rusiyanın formalaşmasında Yeltsinin rolunu qiymətləndirmək doğru deyil”, – Dmitri Peskov bildirib. Peskov qeyd edib ki, Rusiya prezidenti Vladimir Putinin Naina Yeltsinaya zəng edib-etmədiyini dəqiq bilmir.

Qeyd edək ki, dünən Rusiyanın sabiq prezidenti Boris Yeltsinin anım günü idi.


Seçilən
4
1
Mənbələr
Şərh ()
Bağla