AZ

“Zirə” ilk finalçı oldu

Futbol üzrə Azərbaycan Kubokunda ilk finalçı müəyyənləşib.

Msport.az-ın məlumatına görə, yarımfinalın ilk cavab görüşündə “Qəbələ” “Zirə”ni qəbul edib.

Qarşılaşma paytaxt klubunun qələbəsi ilə bitib – 2:0. 59-cu dəqiqədə Vladislav Kulaç hesabı açıb. 84-cü dəqiqədə Rafael Utziq ikinci topu meydan sahiblərinin qapısından keçirib.

İlk görüşdə rəqibini 2:1 hesabı ilə üstələyən “Zirə” finala yüksəlib.

Qeyd edək ki, yarımfinalın ikinci cavab qarşılaşmasında “Qarabağ” “Neftçi”ni sınağa çəkəcək. Görüş bu gün saat 20:00-da başlanacaq. İlk dueldə Ağdam təmsilçisi 4 cavabsız qolla qalib gəlib.

Seçilən
63
3
Mənbələr
Şərh ()
Bağla