AZ

"Komanda kuboku qazansa belə, onun qovulacağını düşünürəm"

İngiltərə millisinin və “Nyukasl”ın sabiq hücumçusu Alan Şirer “Mançester Yunayted”in baş məşqçisi Erik ten Haqın gələcəyi ilə bağlı danışıb.

Sportinfo.az “TBR Football”-a istinadən xəbər verir ki, keçmiş forvard, niderlandlı çalışdırıcının gələcəyinin artıq müəyyənləşdiyini bildirib:

“Mənə elə gəlir ki, onun gələcəyi artıq müəyyənləşib. Komanda kuboku qazansa belə, onun qovulacağını düşünürəm.

Bu kubokun qərara çox təsir edəcəyini düşünmürəm. Kuboku qazanmaq onun işini davam etdirməsi üçün kifayət etməyəcək”.

“Mançester Yunayted” İngiltərə kubokunun finalında “Mançester Siti” ilə qarşılaşacaq. Oyun mayın 25-də “Uembli” stadionunda keçiriləcək.

Seçilən
51
Mənbələr
Şərh ()
Bağla