AZ

Jiru ABŞ klubu ilə müqavilə imzaladı

style='margin-bottom:10px;'>

"Milan"ın və Fransa millisinin hücumçusu Olivye Jiru "Los Anceles"lə müqavilə imzalayıb.

QOL.az xəbər verir ki, bu barədə "L'Equipe" nəşri məlumat yayıb. 37 yaşlı futbolçunun müqaviləsi uzadılma variantı ilə bir il yarım davam edəcək. Futbolçunun maaşı illik 3 milyon avro olacaq.

Jiru "Los-Anceles"ə Avro-2024-dən sonra, azad agent olduğu zaman qoşulacaq.

Bu mövsüm fransalı futbolçu "Milan"ın heyətində 42 oyuna çıxıb, 15 qol vurub və 9 qolun ötürməsini verib.

Seçilən
60
Mənbələr
Şərh ()
Bağla