AZ

Feliks Maqat “Bayern”i yenidən çalışdırmağa razıdır - Özü açıqladı

70 yaşlı alman mütəxəssis Feliks Maqat 2004-2007-ci illərdə çalışdırdığı “Bayern”in baş məşqçisi vəzifəsinə qayıtmağa hazır olduğunu deyib.

Arena.az BR24 dərgisinə istinadən, alman mütəxəssisin bu barədə fikirlərini təqdim edir:

“Mən hazıram. Mən məmnuniyyətlə işləmək istəyirəm. Bu gün mənim kimi yaşlı məşqçilərə böyük tələbat yoxdur. Bu səbəbdən “Bayern”i çalışdırmaq çətin olacaq. Bununla belə, mən əvvəlki kimi hələ də hazıram”, deyə Feliks Maqat vurğulayıb.

Xatırladaq ki, Feliks Maqatın rəhbərliyi altında “Bayern” 2 dəfə Almaniya Bundesliqasının çempionu olub (2004/2005, 2005/2006) və 2 dəfə də Almaniya Kubokunu qazanıb (2004/2005, 2005/2006) – məlum olduğu kimi, bu, “qızıl dubl”dur.

Münhen komandasının baş məşqçisi vəzifəsi yayda alman mütəxəssis Tomas Tuxel klubdan ayrıldıqdan sonra boş qalacaq. Hazırda “Bayern” ciddi cəhdlə yeni çalışdırıcısının müəyyənləşdirilməsi istiqamətində seçimlərini çözür.

Seçilən
82
Mənbələr
Şərh ()
Bağla