AZ

Fransa aviaşirkəti Bakıda qəza enişi etdi (FOTO)

Bakı. Trend:

Heydər Əliyev Beynəlxalq Aeroportunda "Air France" aviaşirkətinəməxsus təyyarənin qəza enişi etməsi səbəbindən həyəcan siqnalı elanedilib.

Aeroportdan Trend-ə bildirilib kii, Osaka-Paris marşrutu iləhərəkət edən "Boeing 777" hava gəmisi göyərtəsindəki yaranan tüstüsəbəbindən Bakı hava limanına qəza eniş sorğusu göndərib.

Aeroportda elan edilən həyəcan siqnalı ilə əlaqədar bütünqəza-xilasetmə xidmətləri hazır vəziyyətə gətirilib.

“Air France” aviadaşıyıcısının təyyarəsi Bakı vaxtı ilə saat16:37-də uğurla eniş edib.

Təyyarədə olan 280 sərnişin dərhal təxliyə edilib, insidentnəticəsində xəsarət alan olmayıb.

Hazırda hava gəmisinə baxış keçirilir və hadisənin başverməsinin bütün səbəblərini müəyyən etmək üçün zəruri tədbirlərkompleksi təşkil olunur.

Fransa
Fransa
Seçilən
18
40
Mənbələr
Şərh ()
Bağla