AZ

"Bu, xoşagəlməzdir və bizə çoxlu xal bahasına başa gəldi"

“Mançester Yunayted”in müdafiəçisi Harri Maquayr komandasına qarşı çoxlu penaltilər təyin olunduğundan danışıb.

Sportinfo.az “Sky Sports”-a istinadən xəbər verir ki, ingiltərəli futbolçu, onlara qarşı bir neçə mübahisəli qərarlar verildiyini bildirib:

“Son aylarda bizə qarşı bir neçə mübahisəli qərarlar verildi. Hakim penalti təyin etməyibsə belə, o zaman VAR müdaxilə edib.

Mən bir-iki epizoddan danışmıram, onlardan beş-altı dənə idi. Bu, xoşagəlməzdir və bizə çoxlu xal bahasına başa gəldi”.

“Mançester Yunayted” 32 oyundan sonra 50 xal toplayıb və İngiltərə Premyer Liqasının turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb.

Seçilən
30
Mənbələr
Şərh ()
Bağla