AZ

“May ayında üzgüçülük idman növü üzrə “Heydər Əliyev Kuboku” keçiriləcək” - AÜF RƏSMİSİ

“Bu gün Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin, Azərbaycan Üzgüçülük Federasıyasının, Bakı Su İdmanı sarayının birgə təşkilatçılığı, Bakı Su İdmanı sarayının dəstəyi ilə ənənəvi xarakter almış üzgüçülük idman növü üzrə ölkə çempionatına start verdik. Yarışda 22 idman klubu və idman cəmiyyəti iştirak edir. Onlardan 21-i yerli, biri isə Gürcüstan klubudur. Yarışın yekununda idmançılar diplom və mükafatlarla təltif olunacaqlar. Bu yarışların keçirilməsində əsas məqsədimiz gənc və perspektivli üzgüçülərin aşkar olunması və milli yığma komandaya cəlb edilməsidir”. SİA xəbər verir ki, bu sözləri Azərbaycan Üzgüçülük Federasiyasının baş katibin müavini Tamerlan Abullazadə jurnalistlərə açıqlamasında deyib.

“İnkişaf məqsədilə bir çox yerli və beynəlxalq yarışlarda iştirak edirik. May ayında Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş “Heydər Əliyev Kuboku” keçiriləcək. Bütün bunlarla yanaşı bir sıra xarici ölkələrdə Belqradda, Zaqrebdə və Budapeştdə keçiriləcək yarışlarda bir sıra idmançıyla təmsil olunacayıq. İnanırıq ki, bu yarışlarda da çox yaxşı nəticələr əldə edəcəyik. Əldə etdiyimiz uğurlardan biri də son illərdə milli komandamızın tərkibinin daha çox azərbaycanlılardan ibarət olmasıdır və yerli üzgüçülərimiz Macarıstanda, Riqada keçirilən yarışlardan yüksək nəticələrlə qayıdıblar. Bunlar onu göstərir ki, Azərbaycanda üzgüçülük idman növü yüksək səviyyədə inkişaf edir”,- deyə o əlavə edib.

Ləman Sərraf

Seçilən
35
Mənbələr
Şərh ()
Bağla