AZ

Azərbaycandan dünyaya Yaşıl Baxış

Azərbaycan Prezidenti İlham Əliyevin “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda çıxışı qloballaşan dünyanın gələcəyi üçün əhəmiyyətli oldu

Azərbaycan Prezidenti İlham Əliyevin ADA Universitetində keçirilən “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda çıxışı, həmin tədbir də aparılan müzakirələr regionun və bütün dünyanın, qloballaşan və hər gün yeni-yeni təhdidlərlə üzləşən planetimizin gələcəyi üçün çox əhəmiyyətli oldu. Beyin mərkəzlərinin iştirakı ilə keçiriən diskusiyalar, Azərbaycan Prezidentinin də haqqında danışdığı məsələlər payızda keçirilməsi nəzərdə tutulan COP - Tərəflərin Konfransının tövsiyələrinə uyğun idi. Bütün müzakirələr bütövlükdə dünyaya çağırış, ayrı-ayrı qütblərdə, qitələrdə baş verən hadisələrin bütün bəşəriyyət üçün acı nəticələrin baş verməməsi üçündür. Qlobal istiləşmə tempini səngitmək, qlobal istiləşməyə məruz qalan ərazilərin adaptasiyasına dəstək olmaq və 2050-ci ilə qədər “0” - sıfır emissiyaya nail olmaq əsas məqsəddir.

Hər il keçirilən konfrans 2024-cü ilin 11-24 Noyabr tarixlərində Bakı şəhərində keçiriləcək. Buna, sonuncu, COP28 konfransında iştirak edən 195-dən çox ölkənin yekdilliklə səsverməsi nəticəsində qərar verilib. Bakıda 190-dan çox ölkəsini təmsil edən 80-100 min nəfərə qədər nümayəndə heyətinin qəbul edilməsi gözlənilir. COP29 ölkə tarixində keçiriləcək olan ən böyük tədbir hesab olunur. Azərbaycanın belə bir mötəbər tədbirə ev sahibliyi etməsi ölkəyə yerli, regional və beynəlxalq miqyasda çox böyük divindendlər qazandıracaqdır.
ADA Universitetində keçirilən tədbirdə Prezident İlham Əliyev düyanı və regionu daim təhdid altında saxlayan, təhlükəsizliyə mane olan, terroru və ekstremizmi təbliğ edən işğalçı Ermənistanın hərəkətləri və son hadisələrdən sonra bu ölkənin iddialarına son qoyulduğu barədə toplantı iştirakçılarına ətraflı məlumat vermək idi. Və dünyanın aparıcı siyasət adamlarının, mütəxəssislərin bu barədə xəbərdar olmaları təkcə Azərbaycan üçün yox, həm də dünya birliyi üçün əhəmiyyətlidir.

Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycanla Ermənistan arasında 44 günlük müharibənin başa çatmasına baxmayaraq, Qarabağın minalardan təmizlənməsi ilə bağlı çətinliklər hələ də qalmaqdadır. Qarabağ ərazisində basdırılan minalar Azərbaycanın ekologiyasına ciddi təsir göstərib. Bu təsirlər arasında əsas amil kənd təsərrüfatına ciddi ziyan vurmaq olub. Bu konfransda təqdimatın əsas məqsədi Azərbaycanda minalanmış ərazilərin problemini müzakirə etmək və həll etməkdir. Buna baxmayaraq hələ də mina təhlükəsi qalmaqdadır. Ermənilərin 2020-ci il müharibəsindən sonra Qarabağa gətirdikləri və əsasən Ermənistan istehsalı olan minalar hələ də vətəndaşlarımıza təhlükə törədir. Bunun üçün İrəvanın mina xəritələrini Azərbaycana verməsi şərtdir, əgər Ermənistan regionda sülhə əngəl olmadığını əməli ilə sübut etmək istəyirsə mina xəritələrini Azərbaycana verməli, gələcək sülhün yaranmasına mane olmamalıdır.

Dövlətimizin başçısı əlavə edib ki, sülh sazişinin imzalanmasına heç vaxt olmadığı qədər yaxınıq. “Biz işğal zamanı buna heç vaxt yaxın olmamışıq. Həmin vaxt biz baza prinsipləri üzərində belə razılığa gələ bilmirdik. Həmin vaxt hətta “Madrid Prinsipləri” üzrə razılığa gəlinmədiyini xatırladan dövlətimizin başçısı bildirib ki, o zaman sülh sazişinin layihəsi belə yox idi. İndi isə o, artıq mövcuddur. İndi bizim sülh sazişinin necə olması ilə bağlı ümumi anlayışımız var. Biz, sadəcə, təfərrüatları işləməliyik. Lakin, əlbəttə, hər iki tərəfə vaxt lazımdır”, - deyə ölkə rəhbəri əlavə edib.

Ermənistanın qeyri-konstruktivliyindən danışan İlham Əliyev Azərbaycanın bu ölkə ilə bəzi beynəlxalq təşkilatlarda, qurumlarda birgə təmsil olunduğunu deyib və əlavə edib ki, Avrasiya İqtisadi Birliyin tədbirlərində bir dəfə fəxri qonaq kimi iştirak edib. Dövlətimizin başçısının da vurğuladığı kimi, Ermənistan istisna olmaqla, Avrasiya İqtisadi Birliyinə üzv bütün ölkələrlə Azərbaycanın çox sıx tərəfdaşlıq münasibətləri var. Amma Ermənistan daim təmaslardan qaçıb, özünə kənarda, xüsusən də qeyri-region ölkələri arasında dayaq, himayədar axtarıb. Azərbaycan qalib ölkədir, buna baxmayaraq sülh müqaviləsinin imzalanmasında səmimidir, regionda sabitliyin olmasına tərəfdardır.

Ermənistanın iqtisadiyyatı bu gün çox acınacaqlı durumdadır. Buna görə də qonşuları ilə münasibətləri tənzimləməkdə problemlərlə üzləşir, daha doğrusu başqalarına problemlər yaşadır. Bunun üçün də Azərbaycanın Zəngəzur dəhlizi ilə bağlı fikirlərində Ermənistanın da bu layihədən öz maraqları üçün yararlana biləcəyi barədə mesajlar diqqəti cəlb edir. Zəngəzur Dəhlizi, qeyd etdiyiniz kimi, 2020-cu il noyabrın 10-da imzalanmış Üçtərəfli Bəyanatda bu məsələ aydın şəkildə əks olunur. Prezidentin də qeyd etdiyi kimi, bəli, “Zəngəzur dəhlizi” sözü orada qeyd olunmayıb. Lakin yazılıb ki, Azərbaycanın Qərb hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında yol əlaqəsi olmalıdır və Rusiyanın sərhəd qüvvələri nəzarəti təmin etməlidir. “Bu, Prezident Putin, Baş nazir Paşinyan və mənim tərəfimdən imzalanıb. İndi isə üç ildən çoxdur ki, Ermənistan bu müddəanı əslində, pozur. İndi isə onlar, belə demək olarsa, həmin müddəanı aradan çıxarmaq istəyirlər. Lakin, bu, mümkün deyil. Onlar Naxçıvan Muxtar Respublikası ilə yol əlaqəsini qurmaq imkanını bloklayır. Bu cür münasibət, təbii ki, çox məyus edir”, - deyə Prezident İlham Əliyev bildirib: “Bizim sonuncu görüşümüzdən etibarən bütün hadisələr müsbət məcrada gedir, istər Azərbaycan və Ermənistan arasında normallaşma prosesi, istərsə də sərhədlərin delimitasiyası olsun”.

COP29-un Azərbaycanda keçirilməsinin önəmindən danışan dövlətimizin başçısı bildirib ki, COP29 haqqında danışsaq, əlbəttə ki, bu, Azərbaycana olan beynəlxalq ictimaiyyətin böyük hörmət və dəstəyinin təzahürüdür. COP29-dan əvvəl Azərbaycan ilə Ermənistan arasında sazişə nail olmaq, ən azı baza prinsipləri üzrə razılığa gəlmək tam real görünür. Dövlətimizin başçısı əlavə edib ki, baza prinsipləri üzərində razılığa gəlmək, həmçinin variant hesab olunur, sonra isə müddəaların təfərrüatlarına vaxt sərf etmək olar. “Hətta sazişin layihəsi hazır ola bilər. Düşünürəm ki, bunun üçün hər iki tərəf, sadəcə” ürəkdən çalışmalıdır”, - deyə Prezident diqqətə çatdırıb.

Qeyd edək ki, iqlim dəyişikliyi temperaturun, fırtınaların artması, quraqlıqlar, növlərin yox olması, qida çatışmazlığı, sağlamlıq risklərinin artması və dəniz səviyyəsinin yüksəlməsi kimi ekoloji fəlakətlərə səbəb ola bilər. Ona görə də dünyanın bütün ölkələri yuxarıda qeyd olunan amilləri nəzərə alaraq ekoloji fəlakətlərin qarşısını almaq üçün əllərindən gələni etməlidirlər. Ekoloji fəlakətlərin və iqlim dəyişikliyinin qarşısını almaq üçün dünyanın neft və qaz hasil edən ölkələri neft və qazdan istifadəni azaltmalı və bərpa olunan enerji mənbələrinə keçidini sürətləndirməlidir. Əsas məqsəd iqlim dəyişikliyi sahəsində qabaqcıl təcrübələri bölüşmək və humanitar minatəmizləmə sahəsində davamlı yanaşmalar üzrə müzakirələri təşviq etməkdir.

V.VƏLİYEV

Seçilən
26
Mənbələr
Şərh ()
Bağla