AZ

Qazaxıstan və Böyük Britaniya strateji tərəfdaşlıq sazişi imzalayıb

...Qazaxıstan Böyük Britaniya ilə strateji tərəfdaşlıq və əməkdaşlıq müqaviləsi imzalayıb.

SİA TASS-a istinadən xəbər verir ki, bunu Astanada Böyük Britaniyanın xarici işlər naziri Devid Kemeronla görüşündən sonra respublikanın Xarici İşlər Nazirliyinin rəhbəri Murat Nurtleu bildirib.

...Bu gün biz strateji tərəfdaşlıq və əməkdaşlıq sazişi imzaladıq.

BunuNurtleu deyib.

O, ölkələr arasında münasibətlərdə yeni mərhələnin açıldığını qeyd edib. Onun sözlərinə görə, sazişin dövlətlər arasında siyasi, ticarət və investisiya əlaqələrinin möhkəmlənməsinə mühüm təkan verəcəyi şübhəsizdir.

Bundan əvvəl Rusiya prezidenti Vladimir Putin Qazaxıstan lideri Kasım-Jomart Tokayevlə danışıb.

Dövlət başçıları Rusiya Federasiyasının MDB-də, Qazaxıstanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında sədrliyi məsələlərini müzakirə ediblər.

Nazlı

Seçilən
25
Mənbələr
Şərh ()
Bağla