AZ

Premyer Liqa: İki futbolçu zorlama şübhəsi ilə həbs edildi

İngiltərə çempionatında (Premyer Liqa) çıxış edən klublardan birinin 19 yaşlı iki futbolçusu zorlamada şübhəli bilinərək həbs edilib.

Arena.az bu barədə “The Sun” dərgisinə istinadən məlumat verir.

Mənbənin məlumatına görə, hər iki futbolçunun adı istintaq maraqlarına müvafiq olaraq, açıqlanmır. Bu futbolçulardan biri məhz stadionda saxlanılıb. Bundan sonra o, gecəni kamerada keçirib və daha sonra müstəntiqlər tərəfindən dindirilib. İkinci şübhəli isə ertəsi gün saxlanılaraq dindirilib.

“Kişilər”dən biri zorlamada və zorlamada iştirakda ittiham edilir. İkinci 19 yaşlı gənc isə zorlamada şübhəli bilinərək həbs edilib.

Zorlama hadisəsinin ötən cümə günü baş verdiyinin təxmin edildiyi vurğulanır. Cinayətin qurbanı hadisədən bir neçə saat sonra hüquq-mühafizə orqanlarına müraciət edib.

Hazırda hər iki şübhəli zaminə buraxılıb. İstintaq davam edir, hadisələrin inkişafı gözlənilir.

Seçilən
40
Mənbələr
Şərh ()
Bağla