AZ

Bodrumda yay mövsümü başladı, kirayə qiymətləri sıçradı

Muğlanın məşhur turizm bölgəsi olan Bodrumda yay mövsümünün gəlişi ilə mənzil və villaların kirayə qiymətlərində artım müşahidə olunub. Bodrumda yay turizm mövsümü may və sentyabr aylarını əhatə edir. 


Sfera.az Türkiyə mediasına istinadən xəbər verir ki, ötən ilin yay mövsümündə ən ucuz 3 otaqlı mənzillərin gündəlik kirayəsi 1000 lirə (47-50 dollar) olduğu halda bu il qiymət 2 min 500 lirəyə (75-80 dollar), ən bahalı villaların gündəlik kirayə qiyməti isə 1 milyon lirəyə (30 700 dollar) qədər yüksəlib.


Bordumda ev və villa kirayə verənlər otellərdə olduğu kimi öncədən bronlamağa icazə vermirlər. Bunun səbəbi Bodrumda villa və mənzillərə tələbin yüksək olmasıdır. 
Bu il Türkiyəyə daha çox xarici turistin gəlməsi gözlənilir. Proqnoz özünü doğruldarsa, Bodrumda qiymətlərin bir qədər də yüksəlməsi ehtimalı var. 


Vasif


 

Seçilən
22
Mənbələr
Şərh ()
Bağla