AZ

“IBM” “HashiCorp”-u satın almağa hazırlaşır

“The Wall Street Journal”-ın verdiyi məlumata əsasən, “International Business Machines Corp.” (IBM) bulud xidmətləri provayderi “HashiCorp Inc.”-i almağa yaxındır.

Qeyd olunur ki, tərəflər yaxın günlərdə müqavilə bağlaya bilərlər.

Fins.az xəbər verir ki, “IBM” ilə danışıqlar haqqında məlumat ortaya çıxana qədər “HashiCorp”-un kapitallaşması 4.9 milyard dollar təşkil edirdi.

“HashiCorp” müştərilərə bulud texnologiyaları vasisəsi ilə infrastruktur qurmağa kömək etmək üçün proqram təminatı istehsal edir. Şirkət “Cisco”, “RedHat” (“IBM”-ə məxsus) və “Datadog” da daxil olmaqla, yüzlərlə texnologiya şirkəti ilə tərəfdaşlıq edir.

Çərşənbə axşamı günü əlavə ticarət dövründə “IBM” səhmləri 1.1% bahalaşıb. Bu ilin əvvəlindən etibarən isə onların dəyəri 11% artıb.

Seçilən
12
Mənbələr
Şərh ()
Bağla