AZ

ABŞ iranlı hakerlərə görə mükafat təyin etdi

ABŞ Dövlət Departamentinə bağlı “Ədalət üçün Mükafat” proqramı dünən öz internet səhifəsində və rəsmi sosial media hesablarında paylaşım edərək, iranlı üç haker haqqında ABŞ-nin rəsmi qurumlarına məlumat verən şəxsin mükafatlandırılacağını bildirib.

NOCOMMENT.az xəbər verir ki, məlumata görə, paylaşımda ABŞ-nin əhəmiyyətli infrastrukturlarına qarşı zərərli #kiberhücular edən Hüseyn Haruni, Kamil Bəradəran Salmani və Rza Kazemifərin dəqiq harada olduqlarını bildirənə 10 milyon dollar veriləcəyi açıqlanıb.

Adları çəkilən iranlılar ABŞ-nin 12 şirkətinə kiberhücum həyata keçirməkdə, habelə bu ölkənin Dövlət və Maliyyə Departamentinin kompüter sistemlərini sındırmaqda ittiham ediliblər.

Qeyd olunub ki, sanksiya altında olan hər üç şəxs SEPAH-a bağlı olaraq fəaliyyət göstərib.

Seçilən
26
Mənbələr
Şərh ()
Bağla