AZ

Afrikadan gələn toz bu Avropa ölkəsini cənginə aldı

Sahara səhrasından gələn toz buludları səbəbindən Afina səması narıncıya çevrilib.

Publika.az xəbər verir ki, Afinanın simvolu olan Akropol Şimali Afrikadan gələn toz buludları arasında itib.

Hava çirkliliyinin artdığı şəhərdə tənəffüs yolu xəstəlikləri olan insanlara çölə çıxmamaq və maska ​​taxmaq tövsiyə olunur. Bu gündən etibarən təsirini itirən toz buludu ölkənin şimalındakı Saloniki şəhərinə çatıb.

Hər il Sahara səhrasından təxminən 60-200 milyon ton toz atılır.

Seçilən
47
3
Mənbələr
Şərh ()
Bağla