Bakı. Trend:
“Premyer Liqada oynamaq üçün lisenziyalaşdırma ilə bağlı lazımıaddımları uğurla tamamladıq”.
Trend istinadən xəbər verirki, bunu İdman.biz-ə “İmişli” futbol klubunun idman direktoruTamerlan Bəkirzadə deyib.
Premyer Liqaya yüksəlməyi hədəfləyən I Divizion təmsilçisininrəsmisinin sözlərinə görə, tələb olunan bütün öhdəlikləri yerinəyetiriblər:
“Proses zamanı komanda səfərbər oldu. Bütün tələb olunanmeyarları həll etmişik. Bu mühüm işi uğurla başa vurduğumuz üçünqürur duyuruq”.
Qeyd edək ki, Əsgər Abdullayevin baş məşqçisi olduğu “İmişli” 43xalla I Divizionda 2-cidir. Turnir cədvəlinə 48 xalla “QaradağLökbatan” başçılıq edir.