AZ

Azərbaycanda 14 sığorta vasitəçisinin lisenziyasının qüvvəsi bərpa edilib

Azərbaycan Mərkəzi Bankı 12 fiziki şəxsə sığorta agenti və 2 fiziki şəxsə sığorta brokeri fəaliyyətinə verdiyi lisenziyaların qüvvəsini bərpa edib.

FED.az bu barədə tənzimləyici quruma istinadən xəbər verir.

Məlumata görə, bununla bağlı qərar aprelin 22-də "Sığorta fəaliyyəti haqqında” qanuna əsasən qəbul olunub. Səbəb sığorta vasitəçilərinin lisenziyanın qüvvəsinin dayandırılmasına əsas verən halları aradan qaldırmasıdır.

Seçilən
106
2
fed.az

3Mənbələr