AZ

UNEC-də “Qondarma erməni soyqırımı: iddialar və faktlar” mövzusunda beynəlxalq konfrans keçirilir (FOTO)

Bakı. Trend:

Aprelin 24-də UNEC və Hacəttəpə Universitetinin birgətəşkilatçılığı ilə "Qondarma erməni soyqırımı: iddialar və faktlar"mövzusunda beynəlxalq konfrans öz işinə başlayıb.

Konfransın açılışında çıxış edən UNEC rektoru professor ƏdalətMuradov tədbirin universitetdə keçirilməsinin təsadüfi olmadığınıbildirərək, “erməni soyqırımı” ilə bağlı həqiqətlərin dünyaya,beynəlxalq aləmə çatdırılmasında məhz elm adamlarının ən güclütəbəqə olduğunu deyib. Hər hansı soyqırımın təsdiq edilməsininmütləq şəkildə faktlar tələb etdiyini deyən prof. Ədalət Muradov1915-ci il hadisələri barədə çıxış edərək, dünyanın tanınmışsiyasətçilərinin və ictimai xadimlərinin qondarma soyqırım barədəsöylədikləri tarixi həqiqətləri iştirakçıların diqqətinəçatdırıb.

Konfransda iştirak edən Türkiyənin Azərbaycandakı səfiri CahitBağçı çıxışı zamanı 1915-ci ildəki hadisələri "soyqırımı"adlandırmağın heç bir məntiqə sığmadığını, Türkiyənin həminhadisələrin araşdırılması üçün ortaq komissiyanın yaradılmasınıtəklif etsə də, Ermənistanın hələ də bu təklifə cavab vermədiyinideyib.

Beynəlxalq konfrans millət vəkilləri Naqif Həmzəyev, Anarİsgəndərov, Musa Qasımlı, TOBB İqtisadiyyat və TexnologiyaUniversitetinin rektoru Prof. Dr. Yusuf Sarınay, Türk Dünyasıİqtisad Fakültəsinin dekanı prof.Mehmet Yüce, prof. SolmazRüstəmova-Tohidinin qondarma erməni soyqırımı, eləcə də ermənilərinAzərbaycanda həyata keçirdikləri soyqırımı və kütləvi qırğınlarbarədə tarixi faktlara əsaslanan maraqlı çıxışları ilə davamedib.

Sonra konfransın panel müzakirələri aparılıb. Beynəlxalqkonfrans aprelin 25-də yekunlaşacaq.

UNEC-də
UNEC-də
UNEC-də
UNEC-də
UNEC-də
UNEC-də
UNEC-də
UNEC-də
UNEC-də
UNEC-də
UNEC-də
UNEC-də
Seçilən
46
11
Mənbələr
Şərh ()
Bağla