AZ

24 Aprel - Erməni Yalanı Günüdür

24

Ermənilər hər il olduğu kimi bu il də 24 aprel tarixini saxta erməni soyqırımının növbəti ildönümü kimi təqdim edir, türklər tərəfindən soyqırıma məruz qalmaları ilə bağlı yalan məlumatlar yayır və dünya ictimaiyyətini aldadırlar.

Reyting.az
-ın xəbərinə görə, elə bu səbəbdəndir ki, Türkiyə Xarici İşlər Nazirliyi növbəti dəfə bəyanat verib, bəzi ölkələrin 24 aprel saxta “erməni soyqrımı”nın ildönümü ilə bağlı açıqlamalarını rədd etmək məcburiyyətində qalıb.

Türkiyə XİN bildirir ki, tarixi faktları təhrif edən bəyanatlar həm də beynəlxalq hüquqa ziddir:

“Avropa İnsan Hüquqları Məhkəməsi 1915-ci il hadisələrinin qanuni müzakirə mövzusu olduğunu açıq şəkildə qeyd edib. Tarixlə bağlı bu qərəzli bəyanatlar iki icma arasında barışıq səylərinə zərər vurmaqla yanaşı, həm də nifrət cinayətləri törətməyə meylli radikal qrupları təşviq edir”.

XİN bütün tərəfləri Türkiyənin Birgə Tarix Komissiyasının yaradılması təklifini və Ermənistanla başlayan normallaşma prosesini dəstəkləməyə çağırır.

Y. QACAR
Seçilən
49
Mənbələr
Şərh ()
Bağla