AZ

Qazaxıstan “OPEC+” kvotalarından kənar hasilat həcmlərini kompensasiya edəcək

Qazaxıstan “OPEC+” (OPEC və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüs) razılaşması çərçivəsində birinci rübdə kvotadan kənar neft hasilatının həcmini 2024-cü il ərzində kompensasiya edəcək.

Bu barədə “APA-Economics” Qazaxıstanın Energetika Nazirliyinin rəsmi məlumatına istinadən xəbər verir.

Məlumata əsasən, Qazaxıstan “OPEC+” razılaşmasına sadiqliyini bir daha təsdiq edir və üzv ölkələri ilə birgə qəbul edilən qərarları dəstəkləyir.

Qeyd olunur ki, “OPEC+” Nazirlərin Birgə Monitorinq Komitəsinin (JMMC) 53-cü iclasının qərarından sonra Qazaxıstan müfəssəl kompensasiya planı hazırlayıb və ona əsasən, birinci rübdə nəzərdə tutulan hasilat kvotasına daxil olmayan həcmləri il ərzində kompensasiya edəcək.

“Qazaxıstan öz öhdəliklərini yerinə yetirmək və nəzərdə tutulan kompensasiya planına uyğun olaraq artıq istehsalın əvəzini ödəmək üçün bütün səylərini göstərəcək. Biz neft bazarını sabitləşdirmək üçün hər bir ölkənin öz öhdəliklərinə əməl etməsinin və əməkdaşlığı davam etdirməsinin vacibliyini anlayırıq", - məlumatda vurğulanır.

Xatırladaq ki, Azərbaycan “OPEC+”ın iştirakçısıdır. Razılaşma çərçivəsində 2024-cü il üçün Azərbaycanın hasilat kvotası gündəlik 551 min barel təşkil edir.

Seçilən
17
Mənbələr
Şərh ()
Bağla