AZ

“Qırğızıstanla ticarət dövriyyəsi artıb” - Ekspertdən AÇIQLAMA

"Qırğızıstanla son 15 ildə ən zəif ticarət dövriyyəsi 2017-ci ildə olub".

Gundem.az xəbər verir ki, bunu iqtisadçı ekspert Eldəniz Əmirov deyib.





"2017-ci ildə cəmi 1.7 milyon dollarlıq dövriyyə olub. 2022-ci ildə isə bu göstərici 5 dəfə artaraq 10.8 milyon dollar olub. Ötən il isə daha fantastik artım olub. Belə ki, 2023-cü il ərzində Azərbaycanın Qırğızıstanla ticarət dövriyyəsinin ümumi həcmi 2022-ci ilə nisbətdə 6 dəfə və ya 54,1 milyon ABŞ dolları artaraq 64,9 milyon dolları keçib".

Ekspert qeyd edib ki, bu göstəricinin 59,3 milyon dolları ixracın payına düşüb.

“Bu da 2022-ci ilin eyni göstəricisindən 12,5 dəfə və ya 54,6 milyon dollar çoxdur. Bu statistika onu deməyə əsas verir ki, ixracın şaxələndirlməsində Qırğızıstan bizim üçün ən əlverişli ölkələrdən biridir”. (Sfera.az)

Seçilən
44
1
gundem.az

2Mənbələr