AZ

“Moldovanın gələcəyini AİB-də görürəm” – Qutsul

Qaqauziyanın rəhbəri Moldovanın gələcəyini AİB-də gördüyünü bildirib.

İnterpress.az xəbər verir ki, bu barədə məlumatı Sputnik Moldova yayıb.

Qaqauziya türk muxtariyyətinin başçısı Yevgeniya Qutsul deyib ki, Moldovanın gələcəyini Avropa İttifaqında görür.

“Qaqauziya sakinlərinə aydındır ki, Moldovanın Avropa İttifaqına mümkün daxil olması dövlət maraqlarından, suverenlikdən və müstəqillikdən imtina etmək deməkdir”, – Qutsul qeyd edib.

O, eyni zamanda vurğulayıb ki, “Şərqdə perspektivli inteqrasiya layihəsi – AİB inkişaf edir. Onun xarakterik xüsusiyyəti milli suverenliyin inteqrasiya proseslərindən üstün olmasıdır. Biz gələcəyimizi burada – AİB-də görürük”.

Avrasiya İqtisadi Birliyi (AİB) beynəlxalq təşkilatdır və məqsədi üzv ölkələrin milli iqtisadiyyatlarının rəqabət qabiliyyətini artırmaqdır. AİB-ə Qazaxıstan, Qırğızıstan, Belarusiya, Ermənistan və Rusiya Federasiyası daxildir.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
42
Mənbələr
Şərh ()
Bağla