AZ

Qobustan RMX-da 150-dən artıq uşaq peyvəndlənməyə cəlb olunub

TƏBİB və UNİCEF-in təşkilatçılığı ilə “Avropa İmmunizasiya Həftəsi” çərçivəsində Qobustan Rayon Mərkəzi Xəstəxanasında 150-dən artıq uşaq peyvəndlənməyə cəlb olunub.
 
Qobustan RMX-dan Aztibb.az-a verilən xəbərə görə, "İmmmunizasiya həftəsi” çərçivəsində, həmçinin tibb işçilərinə təlim keçirilib, immunizasiyadan imtina etmiş və immunizasiyanın vaxtını gecikdirən valideynlər üçün “Vaksin məni qoruyur” adlı maarifləndirici tədbir təşkil olunub.
 
“İmmunlaşdırma həftəsi”nin keçirilməsində məqsəd uşaqların profilaktik peyvəndlənməsi işi ilə məşğul olan tibb işçilərinin bilik və bacarıqlarının təkmilləşdirilməsi, soyuq zəncir (peyvəndlərin saxlanılması və daşınması) sisteminin gücləndirilməsi, immunizasiya üzrə elektron qeydiyyat sistemində görülən işlərin keyfiyyətinin artırılması, əhali arasında maarifləndirmənin gücləndirilməsi, “0” dozalı (GDT Hib Hep B peyvəndini almayan) uşaqların sayının minimuma endirilməsi ilə peyvəndləmə işində dayanıqlılığın təmin edilməsidir.
 
Xatırladaq ki, hər il aprelin son həftəsi “Avropa İmmunizasiya Həftəsi” kimi qeyd edilir.
Seçilən
32
1
Mənbələr
Şərh ()
Bağla