AZ

Putin “Crocus” terrorundan danışdı: Heç biri cəzadan yayınmamalıdır!

Rusiya prezidenti Vladimir Putin martın 22-də Moskva yaxınlığındakı “Crocus City Hall” konsert kompleksində törədilmiş terrordan danışıb.

Modern.az xəbər verir ki, dövlət başçısı təhlükəsizlik məsələləri üzrə ali nümayəndələrin 12-ci beynəlxalq toplantısının iştirakçılarına müraciətində deyib:
 

“Rusiya hüquq-mühafizə orqanları bu iyrənc cinayətin bütün təfərrüatlarını aşkarlamaq və araşdırmaqda davam edir, onun iştirakçılarının, o cümlədən sifarişçilərin, sponsorların və təşkilatçıların kimliyini müəyyənləşdirir. Onların heç biri ədalətli cəzadan yayınmamalıdır”, - deyə prezident vurğulayıb.

Rusiya lideri deyib ki, beynəlxalq terrorizm XXI əsrin ən ciddi təhdidlərindən biri olaraq qalır.

Putin xatırladıb ki, müxtəlif ölkələrdə törədilən terror aktlarının məqsədi millətlərarası və dinlərarası nifrət toxumu səpməkdir. Kreml rəhbərinin sözlərinə görə, onların arxasında təkcə radikal qruplaşmalar deyil, həm də dövlət kəşfiyyat xidmətləri dayanır.

O, əlavə edib ki, cinayətkarların metodları hər dəfə daha da “mürəkkəb və barbar” olur.
 

Xatırladaq ki, ən azı 140 nəfərin ölümü, 360 nəfərin yaralanması ilə nəticələnmiş terror aktı azərbaycanlı iş adamı Araz Ağalarova məxsus “Crocus City Hall” konsert kompleksinin Müslüm Maqomayev adına zalında törədilib.

Seçilən
32
Mənbələr
Şərh ()
Bağla