AZ

Sahibkarları regionlara investisiya yatırmağa necə təşviq etmək olar? (ŞƏRH)

Bu gün sahibkarlar öz biznesini Azərbaycanın regionların da deyil, daha çox Bakı və iri şəhərlərdə qurmağa çalışır. 

Onlar bunu müştəri bazası, ticarət dövriyyəsi, biznesin daha çox inkişaf etməsi ümün lazımı mühitin olması ilə əlaqələndirirlər. 

Sahibkarları regiona təşviq etmək üçün hansı addımlar atılmalıdır?

Bununla bağlı Valyuta.az-a danışan iqtisadçı Xalid Kərimli bildirib ki, regionlarda sahibkarlığın inkişafı üçün iqtisadiyyat, kapital  azad olmalı, liberallaşmalı, insanların pulu olmalıdır:
“Əslində bu problem asan və rahat həll oluna bilər. Bunun üçün də hökumətə xüsusi icra mexanizləri lazımdır.” 

İqtisadçı bildirib ki, 25 ildir  regionların inkişaf proqramını həyata keçirilir:

“Bəzi mənfi nüanslara baxmayaraq hökumət bu proqramı uğurlu hesab edilir. Qarşıya qoyulan məqsədlərin bir çoxuna çatıldığı düşünülür” .

Sahibkarlarnı regionlaraa cəlb edilməsi haqqında da danışan həmsöhbətimiz bildirib ki,  azad sahibkarlıq mühitində sahibkarları regiona ancaq təşviq etmək olar:

“Çünki onlar öz bizneslərini istədikləri yerdə qurub, davam edib, inkişaf etdirə bilərlər. Sahibkarı buna məcbur etmək olmaz. Çünki sahibkarlar müştəriyə yaxın yerdə yaşamaq, biznesinin isə daha əlçatan olmasını istəyir”.

Davud

Seçilən
24
Mənbələr
Şərh ()
Bağla