AZ

Bayden qanunu imzalayacaq, lakin "TikTok" ABŞ-də qadağan olunmaya bilər - SƏBƏB

Xəbər verdiyimiz ki, Co Bayden bu gün ABŞ-də “TikTok”un qadağan olunması ilə bağlı qanun layihəsi imzalayacaq.

 

Sfera.az bildirir ki, Bayden qanun layihəsini imzaladıqdan sonra belə qadağa dərhal qüvvəyə minməyəcək.

 

Belə ki, qanunvericilik “TikTok” platformasının çinli sahibi “ByteDance”a hər hansı qadağanın qüvvəyə minməsindən əvvəl “TikTok”u amerikalı alıcıya satmaq üçün doqquz ay müddət verir. Bu o deməkdir ki, satış üçün son tarix çox güman ki, 2024-cü il prezident seçkilərinin qalibi vəzifəyə gəldikdən sonra, yəni 2025-ci ildə olacaq. 

 

Qeyd edək ki, bu, Amerika səlahiyyətlilərinin “TikTok”a qarşı ilk zərbəsi deyil. ABŞ-nin keçmiş Prezidenti Donald Tramp 2020-ci ildə Ağ Evdə olarkən proqramı qadağan etməyə çalışıb.Lakin o, indi 2024-cü il prezident seçkilərində Respublikaçılar Partiyasının namizədi kimi “TikTok”un məhdudlaşdırılmasının “Facebook”a ədalətsiz şəkildə fayda verəcəyini iddia edərək yeni qanunvericiliyi tənqid edib. Əgər prezident seçkilərində Donald Tramp qalib gələrsə, o, qadağanın həyata keçirilməsinə mane olmağa çalışa bilər.

 

“TikTok” isə qanunvericiliyi tənqid edərək, qadağanı ABŞ-nin söz azadlığı hüququna qarşı təhqir adlandırıb. Layihə imzalanarsa, başqa ölkələrdə də oxşar addımların atılmasına ilham verə bilər. “TikTok” ən böyük bazarlarından biri olan Hindistanda artıq qadağan edilib. Tətbiq İran, Nepal, Əfqanıstan və Somalidə də bloklanıb. Böyük Britaniya hökuməti də 2023-cü ildə işçilərin cihazlarında “TikTok”dan istifadəni qadağan edib.

 

Qadağaların səbəbinin tətbiqin isitfadəçilər haqqında şəxsi məlumatları toplaması olduğu bildirilir. Tənqidçilər deyirlər ki, proqram yüksək fərdiləşdirilmiş sistemini gücləndirmək üçün digər sosial media platformalarından daha çox məlumat toplayır. 

 

Firuzə Əliyeva

 

Seçilən
83
50
Mənbələr
Şərh ()
Bağla