AZ

ABŞ Tayvanı silahlandırır – Çindən SƏRT REAKSİYA

“ABŞ-nin Tayvanı silahlandırması qəbuledilməzdir”.

NOCOMMENT.az xəbər verir ki, Çin xarici işlər nazirliyinin sözçüsü Van Venbin belə deyib:

“ABŞ və Tayvan arasındakı hərbi sövdələşmə Tayvanın təhlükəsizliyini təmin etməyəcək. Bu, yalnız Tayvan boğazı boyunca gərginliyi və qarşıdurma riskini artıracaq. Onlar ancaq öz əməlləri ilə özlərinə zərər verərlər. ABŞ Vahid Çin Prinsipinə və ABŞ-Çin Birgə Kommunikesinə əməl etməli, Tayvanın müstəqilliyini dəstəkləməməli, Tayvanı silahlandırmamalı, boğazda gərginliyi artıracaq yeni amillər yaratmağı dayandırmalıdır. Rəsmi Vaşinqton sabitliyə və sülhə zərər verməyi dayandırmalıdır”.

O, ABŞ və Tayvan arasındakı hərbi sövdələşmənin Tayvan boğazı boyunca gərginliyi və qarşıdurma riskini artıracağını söyləyib.

Seçilən
24
Mənbələr
Şərh ()
Bağla