AZ

Qapını açan sərnişin motosiklet sürücüsünü qorxuya saldı - VİDEO

Yol hərəkəti qaydasını kobud şəkildə pozan sərnişin motosiklet sürücüsünə təhlükə yaradıb. Avtosfer.az xəbər verir ki, hadisə paytaxtın Tbilisi prospektində baş verib. Belə ki, 50-EJ-255 qeydiyyat nişanlı "Toyota Prius" markalı avtomobildə olan sərnişin qəfildən qapını açaraq düşməyə çalışıb. Bu zaman götüntünü qeydə alan sürücüyə təhlükəli anlar yaşadıb.

Qanunvericiliyə görə, sərnişin avtomobilə yalnız yolun sağ kənarından minib-düşə bilər. Videodan da görünür ki, sürücü yolun sağ kənarında olmadığı halda sərnişin qaydaları kobud şəkildə pozaraq avtomobildən düşüb.

 

Fərid

Seçilən
36
Mənbələr
Şərh ()
Bağla