AZ

"Universitetə qəbul olan tələbəyə illiyi hissə-hissə ödəməyə imkan yaradılmalıdır" - Ekspert

"Universitetə qəbul olan tələbəyə illiyi hissə-hissə ödəməyə imkan yaradılmalıdır" - Ekspert

Hər il universitetə ödənişli əsaslarla qəbul olan bəzi abituriyentlər təhsil haqqını ödəməyə bilmədikləri üçün universitetdən yayınırlar. Universitetlər bir çoxu isə I kursda ödənişi bütün şəkil istəyir. Bu halın qarşısı necə alına bilər?

Məsələ ilə bağlı təhsil ekspert Elçin Efəndi Sonxeber.az-a açıqlama verib.

O bildirib ki, illiyin sənəd qəbulu zamanı bütün şəkildə deyil, hissə-hissə ödənilməsinə universitetlər imkan yaratmalıdır:

"50 faiz tələbə ödənişli əsaslarla təhsil almaq imkanına yiyələnir. Bu tələbələrin içərisində 5-10 faiz sosial həssas ailə qrupuna daxil olur. Bu şəxslər ödənişli əsaslara qəbul olsa belə, ödənişdən azaddılar. Yerdə qalan tələbə isə I kursa başladıqları zaman təhsil haqqlarını ödəməlidirlər. Bəzi universittetlər bir başa, bəziləri isə hissə-hissə illiyi tələb edirlər. Yəni sənəd qəbulu dövründə ilkin olaraq ödənişin 50 faizini tələb edirlər. Bəzi tələbələrə Təhsil Tələbə Krediti tərəfindən kreditlər ayrılır. Bu kreditlər sosial və standart olmaq üzrə iki hissəyə ayrılır. Bu kredit isə bir smest oxuduqdan sonra tələbəyə verilir.

İlliyin sənəd qəbulu zamanı bütün şəkildə deyil, hissə-hissə ödənilməsinə universitetlər imkan yaratmalıdır. Ən azı iki və ya üç hissəli ödəniş etməyə imkan yaratmalıdırlar. Bu zaman iki tərəf də qarşılıqlı bir-birini başa düşməlidir. Belə olduğu zaman təhsildən yayınma hallarının da qarşısı alına bilər. Son dövrlər dövlət tərəfindən bəzi şəxslərin təhsil xərcləri birbaşa qarşılanır. Eyni zamanda dövlət şifarişli yerlərin sayı artır. Bu il plan yerlərinin sayının 30 minə çatdırılması gözlənilir. 2012-2013 illərə qədər 30 min yer ümumi plan yeri idisə, bu il artıq 30 min sadəcə dövlət şifarişli yerlərin sayıdır. Bu olduqca böyük addımdır".

Seçilən
40
Mənbələr
Şərh ()
Bağla