AZ

Vidadi İsayev Bərdənin İkinci Nazırlı kəndində səyyar qəbul-görüş keçirdi - FOTOLAR

Bərdə Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayevin rayonun İkinci Nazırlı kəndində səyyar qəbul-görüşü keçirilib.
 
Moderator.az xəbər verir ki, görüşdə rayon İcra Hakimiyyətinin başçısı, aparatın məsul şəxsləri, hüquq-mühafizə orqanlarının, təhsil, səhiyyə, mədəniyyət, xidmət təşkilatlarının rəhbərləri, bələdiyyə, inzibati ərazi dairəsi üzrə nümayəndəliyin əməkdaşları və kənd sakinləri iştirak ediblər.
 
Rayon İcra Hakimiyyətinin başçısı ölkə rəhbərinin tapşırıq və tövsiyələri əsasında respublikamızda aparılan sosial-iqtisadi islahatlar, əhalinin rifah halının yüksəlməsi istiqamətində, həmçinin İkinci Nazırlı kəndində görülən işlər barədə vətəndaşlara ətraflı məlumat verib.
 
Daha sonra RİH başçısı Vidadi İsayev görüşdə iştirak edən sakinlərin kənddə 1 ədəd subartezian quyusunun qazılması, qəzalı vəziyyətdə olan elektrik dirəyinin yenisi ilə əvəz olunması, fərdi yaşayış evinin tikintisi məqsədi ilə həyətyanı torpaq sahəsinin ayrılması, kəndin ərazisində olan şəhidlərin abidəsinin ətrafına işıq çəkilməsi və abadlaşdırılması ilə bağlı müraciətlərini dinlədikdən sonra qaldırılan məsələlərin həlli istiqamətində müvafiq tədbirlərin görülməsi ilə əlaqədar aidiyyəti qurumlara müvafiq tapşırıqlar verib.
Seçilən
12
2
Mənbələr
Şərh ()
Bağla