AZ

Aysun Seydiyeva: “Ailə qurandan sonra da qadınlara dəstək yaxşı olar” - VİDEO

“2010-cu ildə milli komandaya təzə gələndə indikindən daha çox problemlər vardı. Qızların futbol oynamağını valideynlər yaxşı qarşılamırdı”.

Bunu İdman.bizə “Neftçi”nin futbolçusu Aysun Seydiyeva deyib.

O, hazırda vəziyyətin müəyyən qədər dəyişdiyini vurğulayıb: “İllər keçdikcə valideynlər də, azarkeşlər də bunu normal qəbul etməyə başladı. Əvvəllər komandaya qız tapmaq çox çətin idi. Baş məşqçimiz Siyasət Əsgərov rayonlara gedir, həftələrlə qalır, futbol oynayan qız axtarırdı. Ancaq bu gün valideynlər özləri çalışırlar ki, uşaqlarını gətirsinlər. İndi nisbətən vəziyyət dəyişib. Ailə qurandan sonra da qadınlara dəstək olsalar, yaxşı olar. Qız tapa bilmirik, çox azdırlar. Aşağı yaş qruplarından gəlib bizə yaxşı oyunçular çatmır. Çünki uşaq futbolumuz o dərəcədə də inkişaf etməyib. Elə olur ki, 13 yaşından futbola başlayırlar. Bu çox gecdir. Mən məsələn, altı yaşımdan başlamışam”.

Qeyd edək ki, Seydiyeva milli komandanın da formasını geyinir.

Aytac Sahəd
İdman.biz

Məqalədə:
Seçilən
30
Mənbələr
Şərh ()
Bağla