AZ

Türkiyəyə keçməyə çalışan terrorçu sərhəddə yaxalanıb

Türkiyənin Şanlıurfa şəhərində qanunsuz olaraq sərhədi keçməyə cəhd edən PKK/PYD terror təşkilatı üzvü yaxalanıb.

E-huquq.az xəbər verir ki, terrorçunun Suriyadan Türkiyəyə keçməyə cəhd edəcəyinə dair kəşfiyyat məlumatı əldə edildikdən sonra sərhəd xəttində ehtiyat tədbirləri artırılıb.

Komandalar PKK/PYD terror təşkilatının üzvü olduğu müəyyən edilən terrorçunu sərhəd xəttində yaxalayıb.

Şəbnəm Mehdizadə

Seçilən
16
1
Mənbələr
Şərh ()
Bağla