AZ

Almaniya iqtisadiyyatı bərpa olunmağa başladı

Almaniyada işgüzar aktivlik indeksi (PMI) martda 47,7 bənddən apreldə 50,5 punkta yüksəlib. Göstərici son 10 ayda ilk dəfə artım zonasında olub.

Editor.az xəbər verir ki, bu barədə “Kommersant” Hamburq Kommersiya Bankı (HCOB) və S&P Global-ın ilkin məlumatlarına istinadən yazır.

Xidmətlər sektorunda artım xüsusilə nəzərə çarpıb: əvvəlki ayda 50,1 bənddən sonra apreldə 53,3 bənd. Nəticə göstəricini 50,5 bal ətrafında görəcəyini gözləyən analitiklərin proqnozlarından qat-qat yaxşı olub. Ölkənin istehsal PMI göstəricisi pisləşir. Apreldə göstərici martda 41,9 bənddən 42,2 bəndədək yüksəlib.

Ötən gün Almaniya Maliyyə Nazirliyinin rəhbəri Kristian Lindner ölkənin iqtisadi artımında aşkar zəifliyi açıqlayıb. O bildirib ki, struktur problemlərinə görə bərpa işləri xeyli pozulub.

//Gülnarə Abasova, Editor.az

Seçilən
50
Mənbələr
Şərh ()
Bağla