AZ

Ölkəmiz böyük tərəqqi və inkişaf yolu keçərək dünyada öz layiqli yerini tutub

Yeni Azərbaycan Partiyasının Kürdəmir rayon təşkilatı üzrə Möhübbət Əzimov adına  ərazi partiya təşkilatının hesabat - seçki yığıncağı keçirilib

Aprelin 24- də YAP Kürdəmir rayon təşkilatının Atakişili kənd tam orta məktəbində Möhübbət Əzimov adına ərazi partiya təşkilatının hesabat-seçki yığıncağı keçirilib. Tədbirdə YAP Kürdəmir rayon təşkilatının əməkdaşı Məhəmməd Heydərli iştirak edibdir.

“İki sahil” xəbər verir ki, tədbiri giriş sözü ilə açan fəal partiya üzvü, Atakişili kənd tam orta məktəbinin direktoru Sevinc Mövlayeva müstəqil Azərbaycanın qurucusu, Yeni Azərbaycan Partiyasının yaradıcısı Ümummilli Lider Heydər Əliyevin misilsiz xidmətlərindən danışıb, dövlətçilik strategiyasının ölkə başçısı, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırıb. Bildirib ki, təşkilat öz fəaliyyətini əsasən ölkə Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin dövlət və partiya tədbirlərindəki nitqlərində səsləndirdiyi müddəaların, habelə partiyanın Proqram və Nizamnaməsindən irəli gələn vəzifələrin yerinə yetirilməsi istiqamətində qurub.

Yığıncaqda  çıxış edən ərazi partiya təşkilatının üzvləri, Ulu Öndər Heydər Əliyevin mütərəqqi ideyalarının daşıyıcısı olan Yeni Azərbaycan Partiyasının keçdiyi yola nəzər salıb və  ölkəmizin qazandığı uğurlardan danışıblar. Yığıncaqda ərazi partiya təşkilatının işi yüksək qiymətləndirilib.

Çıxışlardan sonra səsvermə keçirilib. İşgüzarlığı, yüksək təşkilatçılığı ilə kollektivdə böyük hörmət qazanan Sevinc Mövlayeva yekdil səslə ərazi partiya təşkilatının sədri, Yadigar Osmanlı  isə sədr müavini seçiliblər. Ərazi partiya təşkilatının seçilmiş sədr və sədr müavini göstərilmiş etimada görə təşəkkürlərini bildiriblər və bu etimadı layiqincə doğruldacaqlarını, bundan sonra da Vətənə, xalqa sədaqətlə xidmət edəcəkələrini  bəyan ediblər.

Tədbirdə iştirak edən YAP Kürdəmir rayon təşkilatının məsləhətçisi Məhəmməd Heydərli Yeni Azərbaycan Partiyasının ölkənin ictimai, siyasi və sosial həyatındakı rolundan danışaraq bildirib ki, ölkəmiz böyük tərəqqi və inkişaf yolu keçərək dünyada öz layiqli yerini tutmuşdur. Ali Baş Komandanımızın rəhbərliyi və Müzəffər Ordumuzun qalibiyyəti nəticəsində üçrəngli müqəddəs bayrağımız suverenliyimizin rəmzi kimi Qarabağ da daxil olmaqla bütöv Azərbaycanda vüqarla dalğalanır. VII Qurultayda YAP rəhbərliyi tərəfindən qarşıya qoyulan vəzifələr və öhdəliklər haqda partiya fəallarına məlumat verib.

Möhübbət Əzimov adına  ərazi partiya təşkilatının hesabatı və fəaliyyəti YAP Kürdəmir  rayon təşkilatı tərəfindən qənaətbəxş hesab edilib. Sonda, YAP Kürdəmir  rayon təşkilatının məsləhətçisi  Məhəmməd Heydərli  yeni seçilmiş sədr və sədr müavinini  təbrik edərək işlərində uğurlar arzulayıb və iclas iştirakçılarını partiyanın fəaliyyətində daha da yaxından iştirak etməyə çağırıb.

Seçilən
23
Mənbələr
Şərh ()
Bağla