AZ

Mbappe milyonlarla avrodan buna görə imtina edəcək 

PSJ-nin hücumçusu Kilian Mbappe Fransa klubunu tərk edərək təxminən 130 milyon avrodan imtina edə bilər.

 

Sfera.az bildirir ki, forvard bu mövsüm alacağı maaşın bir hissəsindən imtina etməyə hazırdır. Ümumilikdə Mbappe 127,8 milyon avrodan məhrum qalacaq.

 

Xatırladaq ki, daha əvvəl Kilianın 2024-cü ilin fevral ayının ilk həftəsində “Real Madrid”lə müqavilə imzaladığı bildirilirdi.

 

O, 2017-ci ildən PSJ-də oynayır. 25 yaşlı futbolçu parislilərlə 13 kubok qazanıb. Mbappenin təxmini bazar dəyəri isə 180 milyon avrodur.

 

Fatimə Lətif

Seçilən
76
50
Mənbələr
Şərh ()
Bağla