AZ

“Həyəti sel aparıb pis günə qoymuşdu” - Mikayıl Müşfiqin Xızıdakı xatirə muzeyində yenidənqurma işləri gedir - ÖZƏL + FOTO/VİDEO

“Mikayıl Müşfiqin Xızıdakı xatirə muzeyi qəzalı vəziyyətə düşəndən sonra ordan keçib getmək mümkün deyildi. Bildiyinizə görə həyəti sel aparıb, pis günə qoymuşdu. Təbii fəlakət idi. Mən öz adımdan və Müşfiqsevərlər adından məktub yazıb, Mədəniyyət Nazirliyinə və bir neçə yerə göndərdim. Nazirlikdən nümayəndə bizi Xızıya dəvət etdi, görüşdük. Müvəqqəti körpü kimi gediş-gəliş üçün bir bənd qoyacaqlarını dedilər. Biz onlardan əlavə bir otaq ayrılmasını da xahiş etdik. Heç olmasa eksponatları ora yığmaq olar. İçməli su və internet də yoxdur. Dedilər ki, su problemini həll etmək üçün su çəni qoyacaqlar. Bunları da təklif etdik. Muzey Mədəniyyət Nazirliyinin tərkibindədir. Hazırda orada iş başlayıb”.
 
 Bunu Moderator.az-a açıqlamasında sevgi şairi Mikayıl Müşfiqin əmisi nəvəsi, şair Yunis Dağlının qızı Reyhanə İsmayılzadə deyib.
 
 
O daha sonra əlavə edib: 
 
“Bu muzeyi o vaxt Müşfiqsevərlər tikiblər. Şairin büstünü də ora qoyublar. Biz istəyirik ki, Müşfiqin ev muzeyi onun Bakıda yaşadığı məhəllədə də tikilsin. O küçə isə hazırda plana düşüb. Həmin küçə də mənim atamın adına idi. Bu müraciəti də aidiyyatı orqanlara ünvanlamışıq”.
 
Reyhanə İsmayılzadə bildirib ki, bütün bu problemlərdən sonra 3 gün öncə də Xızıya gedib və görülən işlərlə yaxından tanış olub.
 
 
“İcra Hakimiyyətinin nümayəndəsi dəvət etmişdi. Gedib baxdıq. Beton plitə qoyulub. Hələ ki, iş gedir. Muzeyin keçmiş müdiri öz hesabına su çəni qoyub, Qarabulaqdan su çəkib. Dağda yazılan “Oxu tar” sözlərinin və tarın yanına pilləkən düzəldəcəklər, işıq qoyacaqlar ki, həmin sözlər görünsün. Bu günki gündə işlər bu yerdədir. Çalışırıq ki, həftədə 1 dəfə gedib ziyarət edək, görülən işlərlə yerində tanış olaq. Bizi Xızıya Dilbər Axundzadənin qızı Leyla Axundzadənin övladı aparmışdı”, - deyə o bildirib.
Seçilən
36
Mənbələr
Şərh ()
Bağla