AZ

Paytaxt derbisində 5 cavabsız qolla lider oldular - VİDEO

İngiltərə Premyer Liqasının 29-cu turundan təxirə salınmış oyun keçirilib.

Sportinfo.az xəbər verir ki, "Arsenal" doğma meydanda "Çelsi"ni qəbul edib.

London derbisi "topçular"ın 5:0 hesablı qələbəsi ilə başa çatıb.

Xallarını 77-yə yüksəldən "Arsenal" çempionatın lideridir. 47 xalı olan "Çelsi" isə 9-cu yerdədir.

"Arsenal" - "Çelsi" 5:0
Qollar:
Leandro Trossard, 4, Ben Uayt, 52, 70, Kay Haverts, 57, 65

Seçilən
45
Mənbələr
Şərh ()
Bağla