AZ

Zubira 4 ölkədən “elçi düşüb”

"Qarabağ"ın futbolçusu Abdullah Zubir Fransa Liqa 1-də çıxış edən bir neçə komandanın maraq dairəsindədir. 

Yenisabah.az xəbər verir ki, bu barədə Fransanın “Le Quotidien du Sport" nəşri məlumat yayıb. 

32 yaşlı hücumameyilli yarımmüdafiəçi ilə maraqlananlar arasında "Tuluza"nın da oldğu bildirilib. Qeyd edilib ki, Zubiri transfer etmək uğrunda mübarizə çətin olacaq. Çünki fransalı futbolçunu Şotlandiyanın “Seltik”, Almaniyanın “Auqsburq”u və Səudiyyə Ərəbistanının "Ər-Riyad" klubları da heyətlərinə qatmaq istəyir. 

Xatırladaq ki, Zubir 2018-ci ildən "Qarabağ"ın futbolçusudur. Onun Ağdam təmsilçisi ilə müqaviləsi 2024-cü ilin iyununda başa çatır. 


Telegram kanalımız
Seçilən
24
Mənbələr
Şərh ()
Bağla