AZ

Almaniya Prezidenti Türkiyədə rəsmi səfərdədir

Almaniya

İstanbul, 24 aprel, Günel Karatepe, AZƏRTAC

Almaniya Prezidenti Frank-Valter Ştaynmayer Türkiyədə rəsmi səfərdədir.

AZƏRTAC xəbər verir ki, Ankarada iki ölkə liderinin təkbətək və heyətlərarası görüşləri keçiriləcək. Daha sonra Türkiyə və Almaniya prezidentlərinin mediaya birgə açıqlama vermələri gözlənilir.

Səfər çərçivəsində Türkiyə ilə Almaniya arasında siyasi, hərbi, iqtisadi və kommersiya əlaqələri müzakirə ediləcək. Prezidentlərin görüşündə Almaniya-Türkiyə münasibətlərinin daha da inkişaf etdirilməsi ilə bağlı fikir mübadiləsi aparılacaq.

Seçilən
39
1
Mənbələr
Şərh ()
Bağla