AZ

Almaniya prezidenti Ştaynmayer Ankaradadır

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Almaniya Prezidenti Frank-Valter Ştaynmayeri Prezident Külliyesində rəsmi mərasimlə qarşılayıb.

News24.az xəbər verir ki, Ərdoğan Ştaynmayeri kompleksin əsas girişində qarşılayıb. Ərdoğan və Ştaynmayer mərasim sahəsində yerlərini aldıqdan sonra iki ölkənin dövlət himnləri səsləndirilib.

Almaniya Prezidenti Ştaynmayer Mühafizə Alayının Mərasim Mühafizəsini “Salam, əsgər” deyərək salamlayıb. Mərasimdə tarixdə qurulan 16 türk dövlətini təmsil edən bayraqlar və əsgərlər də olub.

Ərdoğan və Ştaynmayer pilləkənlərdə Türkiyə və Almaniya bayraqları qarşısında əl sıxaraq jurnalistlərə poza veriblər.

Təkbətək görüş keçirən Ərdoğan və Ştaynmayer heyətlərarası görüşə rəhbərlik edəcək, birgə mətbuat konfransı keçirəcək.

Qeyd edək ki, görüşdən sonra prezident Ərdoğan almaniyalı həmkarının şərəfinə şam yeməyi verəcək.

Günel Məlikzadə


Seçilən
52
Mənbələr
Şərh ()
Bağla