AZ

Bu il növbədənkənar parlament seçkiləri keçiriləcəkmi?

Vətəninfo.az xəbər verir ki,artıq bir müddətdir siyasi kulyarlarda ölkədə növbədənkənar parlament seçkilərinin leçirilməsi ilə bağlı fikirlər dolaşmaqda.Hətta seçkilərin bu ilin sentyabır-oktyabr aylarına keçiriləcəyi siqnalları verilməkdə.

Bir sıra millət vəkilləri də demək olar ki,keçirilməsi ehtimal edilən seçkilərə indidən fokualanıblar. Yəni hakim Yeni Azərbaycan Partiyası onların yenidən namizəd olmalarına “Yaşıl işıq” yandıracaqmı.

Demək olar ki,bəzi parlamentarilər bu məsələdə ciddi əndişə içərisindədirlər. Bunda da haqsız deyillər. Bu katiqoriyadan olan parlamentarilərin qorxusu təkcə mandatlarındanolmaq deyil,eyni zamanda mandatın vermiş olduğu üstünlüklərdən məhrum olmaqdı.

Əslində əgər hakim partiya bəzi millət vəkillərini gözdən çıxarmış olsa,burda təccüblənəcək bir hal da yoxdu.

Çün belə parlamentarilər ancaq və ancaq “knopla”basmaqdan başqa hansısa formada elə də böyük,ağır bir yük üstənmirlər.

Komitə iclaslarında isə ara-sıra hansısa sualı vermək də iş görmək kimi dəyərləndirilməməlidir.  Elə parlamentarilər vardır ki, heç komitə iclaslarənda da susqunluqlarını pozmurlar.

İddialara əsaslansaq hakim komanda bu dəfə namizədləri müəyyənləşdirən zaman çox  ciddi bir süzgəcdən keçirmə prosesi aparacaq. YAP buna nə qədər nail olacaq bu başqa bir məsələ. Amma doğurdan da parlamentdə hakim komandanın güclü siyasi fiqurlara ehtiyacı olduğu açıqca ortada.

Əsas məsələ seçkilərdi ki,bunun baş verib-verməcəyidi.
Onun üçün də gözləmək, prosesləri qabaqlamamq vacibdi.

Vətəninfo.az 

Siyasət şöbəsi.

Seçilən
61
Mənbələr
Şərh ()
Bağla