AZ

Kobaxidze Viktor Orbanla görüşəcək

Gürcüstan Baş naziri İrakli Qaribaşvilinin rəhbərlik etdiyi nümayəndə heyəti Macarıstana səfərə gedib.

APA-nın Tbilisi müxbiri xəbər verir ki, məlumatı Gürcüstan Baş nazirinin mətbuat xidməti yayıb. Bildirilib ki, İrakli Kobaxidze Budapeştə səfəri zamanı macarıstanlı həmkarı Viktor Orbanla görüşəcək. Gürcüstanın hökumət başçısının həmçinin aprelin 25-də keçiriləcək “Mühafizəkar Siyasi Fəaliyyət” konfransında iştirak edəcəyi, konfransın açılış sessiyasında çıxış edəcəyi qeyd olunub.
Baş naziri səfərində xarici işlər naziri İliya Darçiaşvili, həmçinin hökumət administrasiyasının rəhbəri Levan Jorjoliani müşayiət edir.

Seçilən
42
1
Mənbələr
Şərh ()
Bağla